Astarada yanıq xəsarəti alan 57 yaşlı kişi xəstəxanada ölüb - YENİLƏNİB

Astarada yanıq xəsarəti alan 57 yaşlı kişi xəstəxanada ölüb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
117
1 Yanvar , 2018 22:47
Astarada yanıq xəsarəti alan 57 yaşlı kişi xəstəxanada ölüb - YENİLƏNİB
@Report

Astara. 1 yanvar. REPORT.AZ/ Astarada bu gün səhər yanaraq xəsarət alan və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən 57 yaşlı Şəfiyev Rahim Heybət oğlu ölüb.

"Report"un Cənub bürosu xəbər verir ki, onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.


***09:22

Yeni ilin ilk səhəri Astara rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb.

57 yaşlı ev sahibi Şəfiyev Rahim Heybət oğlu ağır bədən xəsarətləri alaraq Astara Rayon Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralı təcili olaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Yanğının nədən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi