Astarada eşşək kənd sakininin qulağını dişləyərək qoparıb
Hadisə
- 06 iyun, 2023
- 12:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Astara rayonunda ulaq (eşşək) kənd sakinini dişləyərək xəsarət yetirib.
“Report”un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Pəlikeş kəndində baş verib.
Belə ki, kənd sakini 1982-ci il təvəllüdlü Vəliyulla Talıb oğlu Əliabbasova qonşusunun ulağı hücum edib.
Yerə yıxılan kişinin qoluna xəsarət yetirən ulaq V.Əliabbasovun qulağını dişləyib.
Xəsarət alan kənd sakini Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Cərrahi əməliyyatla yaralının qulağı yerinə tikilib.
Yaralıya digər tibbi yardımlar göstərilib, tetanus əleyhinə zərdab və quduzluğa qarşı peyvənd vurulub.
Son xəbərlər
10:41
Qalibaf: ABŞ Hörmüz boğazı ilə bağlı yeni təkliflər irəli sürüb
Region10:35
Merts Ukraynaya elan olunmamış səfər edib
Digər ölkələr10:25
Foto
Video
Şəfəq qəsəbəsində binada partlayış olub, bir nəfər yaralanıb
Hadisə10:11
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb
Digər ölkələr10:10
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçiriləcək
Futbol10:08
XİN Lesotonun Müstəqillik Gününü təbrik edib
Xarici siyasət09:45
KXDR raketi 1 000 kilometr məsafədə hədəfi vurub
Digər ölkələr09:30
UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə üz-üzə gələcək
Futbol09:25