Astarada toyda dava düşüb, xəsarət alan var
Hadisə
- 27 mart, 2022
- 05:49
Astarada toyda dava düşüb, xəsarət alan var.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə ötən gecə Astara şəhərindəki şadlıq evlərindən birində baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Nəhmətulla Natiq oğlu Səfərli baş nahiyəsindən küt alətlə xəsarət alıb. Məlum olub ki, N.Səfərliyə xəsarət yetirən şəxs bibisi oğludur.
Onların hər ikisinin Lənkəran rayonu, Şıxəkəran kənd sakinləri olduğu və aralarındakı münaqişənin iştirak etdikləri qohum toyunda yenidən qızışdığı bildirilir.
N.Səfərli Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
01:23
Azərbaycan iki ölkə ilə viza prosedurunu sadələşdirir - ƏLAVƏ OLUNUB
Xarici siyasət01:12
Ceyhun Bayramov LLDCs toplantısında Azərbaycanın tranzit və enerji qovşağına çevrildiyini bildirib
Xarici siyasət01:04
"Reuters": Sentyabrın 23-də Hörmüz vasitəsilə blokada ərzində rekord həcmdə neft daşınıb
Digər ölkələr00:52
Foto
Kobaxidze Paşinyanla Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsini müzakirə edib
Region00:44
UEFA Millətlər Liqası: qrup mərhələsinin ilk oyunları keçirilib
Futbol00:11
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
Hadisə00:05
Foto
Azərbaycan şəhərlərindən biri ilə Serbiyanın Kraquyevats şəhərinin qardaşlaşması təklif olunub
Xarici siyasət23:46
Mher Qriqoryan: Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq
Region23:44