Astarada torpaq sürüşməsi baş verib, bir ev qəzalı vəziyyətə düşüb
Hadisə
- 22 dekabr, 2023
- 09:35
Astara rayonunda torpaq sürüşməsi baş verib, bir ev qəzalı vəziyyətə düşüb.
“Report”un Cənub bürosunun məlumatına görə, təbiət hadisəsi dağlıq ərazidə yerləşən Şüvi kəndində qeydə alınıb.
Sürüşməyə son zamanlar yağan intensiv yağışların səbəb olduğu bildirilir.
Belə ki, 15-20 metr məsafədə torpaq qatı 50 metr aşağı sürüşərək təhlükəli vəziyyət yaradıb və kənd sakini Habil Cümşüdova məxsus ev qəzalı vəziyyətə düşüb, divarlarda çatlar yaranıb. Vəziyyətlə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb, əraziyə baxış keçirilib. Qəza şəraiti müəyyən olunaraq evin sahibinə lazımi göstərişlər verilib.
Qeyd edək ki, sürüşmə zonasında daha 10-a yaxın ev var. Sürüşmə davam edəcəyi təqdirdə həmin evlər də təhlükə ilə üz-üzə qala bilər.
Son xəbərlər
12:25
Üç ölkənin XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün Pakistana səfər edəcəklər
Digər ölkələr12:22
DİN: Yağışa görə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb olunublar
Daxili siyasət12:19
Husilər İsrailə ballsitik raket zərbəsi endiriblər
Digər ölkələr12:17
Fidan: Türkiyə müharibənin bölgə ölkələrinə yayılmasına qarşıdır
Region12:09
Foto
ADSEA: Güclü yağışlar səbəbindən paytaxt və Abşeronda kollektorlara su yönləndirmə işləri intensivləşib
İnfrastruktur12:07
Əli Əliyev: Sürüşmə sahələrində aktivləşmə müşahidə olunmur
Hadisə12:03
Foto
Video
Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən 42 nəfər təxliyə edilib - YENİLƏNİB - 2
Hadisə12:02
Zülfüqari: İran ordusu ABŞ bazasına zərbə endirib, bir təyyarə məhv edilib, üçü zədələnib
Region11:53