Astarada qadının içində pul olan çantası oğurlanıb

Astarada qadının içində pul olan çantası oğurlanıb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
13 Fevral , 2017 12:18
Astarada qadının içində pul olan çantası oğurlanıb

Bakı. 13 fevral. REPORT.AZ/ Astara rayonunda qadının içində pul olan çantası oğurlanıb. 

"Report"un məlumatına görə, hadisə fevralın 11-də rayon ərazisində qeydə alınıb. 

Belə ki, rayon sakini İradə Əliyevanın içində 220 manat olan çantası oğurlanıb. 

Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Astara rayon sakini Bəhruz Məmmədov saxlanılıb. Saxlanılan şəxsin tütün məmulatları da oğurlaması məlum olub.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi