Astarada narkotiki 20 min manata satmaq istəyən şəxs saxlanıldı - VİDEO

Astarada narkotiki 20 min manata satmaq istəyən şəxs saxlanıldı - VİDEO Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Hadisə
5 May , 2020 12:05
Astarada narkotiki 20 min manata satmaq istəyən şəxs saxlanıldı - VİDEO
0 : 00
0 : 00

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Baş İdarə əməkdaşlarının Astara rayonunda həyata keçirdikləri tədbir zamanı rayonun Səncərədi kənd sakini Ramail Fərəcov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman yüksək təsiredici xassəyə malik psixotrop maddə olan 1 kiloqram 145 qram metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib. Araşdırma zamanı müəyyən edilib ki, Ramail Fərəcov psixotrop maddə olan metamfetamini 20 min manata satmaq istəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Ramail Fərəcov digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Son xəbərlər

Orphus sistemi