Yuxarı
    Bağlamaq

    Astarada məktəbli kafedə ofisiantı bıçaqlayıb

    Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb

    Astara. 30 may. REPORT.AZ/ Astara rayonunda məkltəbli kafedə ofisiantı bıçaqlayıb.

    "Report"un Cənub bürosunun məlumatına görə, hadisə Astara Bulvarında yerləşən kafelərdən birində baş verib.

    Belə ki, kafedə ofisiant işləyən, Astara şəhər Heydər Əliyev prospektində yaşayan, 1993-cü il təvəllüdlü Murad Fazil oğlu Qulamzadə 16 yaşlı məktəbli, Əli Məmmədzadə tərəfindən  bir neçə bıçaq zərbəsi alıb. 

    Yaralı ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

    Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, M.Qulamzadəyə qarının ön divarının, döş qəfəsinin və sol yan səthinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. O, əməliyyat olunub. 

    Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən məktəbli Ə.Məmmədzadə saxlanılıb. 

    Faktala bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi