Astarada keçmiş məhkumun üzərindən tapança aşkarlanıb

Astarada keçmiş məhkumun üzərindən tapança aşkarlanıb Bakı. 14 fevral. REPORT.AZ/ Astara rayonunda keçmiş məhkumdan tapança aşkarlanaraq götürülüb.
Hadisə
14 Fevral , 2019 10:58
Astarada keçmiş məhkumun üzərindən tapança aşkarlanıb
0 : 00
0 : 00

Bakı. 14 fevral. REPORT.AZ/ Astara rayonunda keçmiş məhkumdan tapança aşkarlanaraq götürülüb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş B.Əlizadə saxlanılıb. 

Axtarış zamanı ondan narkotik vasitə olan heroin, “Makarov” markalı tapança, patron darağı və 6 ədəd patron aşkar edilərək götürülüb. 

Faktla bağlı cinayət işi başlanılıb. 

Son xəbərlər

Orphus sistemi