Astarada keçmiş məhkumdan odlu silah götürülüb

Astarada keçmiş məhkumdan odlu silah götürülüb Astara rayonunda keçmiş məhkumdan odlu silah götürülüb.
Hadisə
13 Aprel , 2019 15:44
Astarada keçmiş məhkumdan odlu silah götürülüb

Astara rayonunda keçmiş məhkumdan odlu silah götürülüb.

"Report"un Cənub mərkəzinin məlumatına görə,  Astara Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat məlumatları əsasında rayonun Məscidməhəllə kənd sakini, 1977-ci il təvəllüdlü Ramil Həsənovu saxlayıblar. Ondan lüləsi və qundağı kəsik formada olan “İJ-16” markalı tüfəng və 1 ədəd bıçaq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi