Astarada iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb

Astarada iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb Astara. 22 dekabr. REPORT.AZ/ Astara rayonunda yol qəzası baş verib. 
Hadisə
22 Dekabr , 2017 18:19
Astarada iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb

Astara. 22 dekabr. REPORT.AZ/ Astara rayonunda yol qəzası baş verib. 

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Vaqo kəndi ərazisində qeydə alınıb. 

İlkin məlumata görə, qəza zamanı "VAZ 2106" və "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2106"nın sürücüsü, 1990-cı il təvəllüdlü, Lənkəran rayonunun Xolmili kənd sakini İqbal Elçin oğlu Yusifzadə və onun həmyerlisi, 1995-ci il təvəllüdlü Mirkamal Mirkamil oğlu Mirizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. "Mercedes"in sürücüsü olan Astara rayon sakini isə xəstəxanaya müraciət etməyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi