Astarada gənc sevdiyi qızın başqasına nişanlanması səbəbindən özünü asıb

Astarada gənc sevdiyi qızın başqasına nişanlanması səbəbindən özünü asıb Hadisə Kijəbə qəsəbəsində baş verib
Hadisə
30 Oktyabr , 2017 00:20
Astarada gənc sevdiyi qızın başqasına nişanlanması səbəbindən özünü asıb

Astara. 30 oktyabr. REPORT.AZ/ Astara rayonunda intihar hadisəsi baş verib. 

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Kijəbə qəsəbəsində baş verib.

Belə ki, 22 yaşlı İbrahimov Nazim Elvin oğlu yaşadığı evin həyətində intihar edib. Yaxınlarının dediyinə görə, onun intihar etməsinə səbəb sevdiyi qızın başqasına nişanlanması olub.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi