Astarada evə basqın edən maskalı şəxslər saxlanılıb

Astarada evə basqın edən maskalı şəxslər saxlanılıb ​​​​​​​Astaranın Təngərüd kəndində yaşayan S.Abdullayevin evinə silahlı basqın edilib.
Hadisə
2344
26 Sentyabr , 2020 13:18
Astarada evə basqın edən maskalı şəxslər saxlanılıb

Astaranın Təngərüd kəndində yaşayan S.Abdullayevin evinə silahlı basqın edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, sentyabrın 17-də saat 3 radələrində evə daxil olan girən 3 maskalı şəxsin onun atası, oğlu və həyat yoldaşına bıçaqla xəsarətlər yetirməsi barədə Astara Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əzizov və Astara rayon sakini, əvvəllər məhkum olunmuş F.Əliyev saxlanılıblar.

Şəxsi axtarış zamanı E.Əzizovdan 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi