Astarada bir ailənin 4 üzvü qəzaya düşüb - YENİLƏNİB

Astarada bir ailənin 4 üzvü qəzaya düşüb - YENİLƏNİB Astara. 26 sentyabr. REPORT.AZ/ Astara rayonunda bir ailənin 4 üzvü qəzaya düşüb.
Hadisə
26 Sentyabr , 2018 10:18
Astarada bir ailənin 4 üzvü qəzaya düşüb - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Astara. 26 sentyabr. REPORT.AZ/ Astara rayonunda bir ailənin 4 üzvü qəzaya düşüb.

"Report"un Cənub bürosunun xəbərinə görə, rayonunun Ərçivan kəndi ərazisində, 1984-cü il təvəllüdlü, Bakı şəhəri Nizami rayon sakini Şirinov Çingiz Cavanşir oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobil "Mercedes" markalı avtomobillə toqquşub. Hadisə zamanı avtomobildə sürücünün ailə üzvləri də olub.

Qəza nəticəsində sürcü və avtomobildə olan sərnişinlər - 1956-cı il təvəllüdlü Şirinov Cavanşir Əli oğlu, 1962-ci il təvəllüdlü Cəmilə İbrahim qızı Şirinova və 1989-cu il təvəllüdlü İlhamə Cavanşır qızı Şirinova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Faktla bağlı araşdırma aparılır. 


***08:57

Astara. 26 sentyabr. REPORT.AZ/ Astara rayonun ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, "KİA" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib və qarşı tərəfdən gələn "Mercedes" markalı avtomobillə toqquşub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib.

Hadisə nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir. Yaralılar Təcili Tibbi Yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. 

Son xəbərlər

Orphus sistemi