Yuxarı

Astarada azyaşlı uşağı maşın vurub - FOTO

Həkimlər yaralının vəziyyətini ağır qiymətləndirir

Bakı. 24 fevral. REPORT.AZ/ Astarada azyaşlı piyadanı maşın vurub.

"Report"un məlumatına görə, Astara şəhər Kaverin küçəsi 28 saylı evdə yaşayan səkkiz yaşlı Əsədov Məhəmməd Nizami oğlu bu gün 19.00 radələrində evlərinin yaxınlığında 90 UF 477 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomaşınla vurulub.

Sürücü Astara rayonunun Sərək kənd sakini Əhmədov Araz Ağazahir oğlu dərhal uşağın ailəsinə xəbər verib və yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. İlkin zəruri tibbi müayinələrdən sonra, yaralı qapalı kəllə-beyin travması, sol bud sümüyünün sınığı və digər travmatik xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı yol polisi tərəfindən araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi