Astarada 5 uşaq atası intihar edib - YENİLƏNİB

Astarada 5 uşaq atası intihar edib - YENİLƏNİB Astara. 16 fevral. REPORT.AZ/ Astara rayonunda intihar edən şəxsin adı məlum olub.
Hadisə
16 Fevral , 2019 15:36
Astarada 5 uşaq atası intihar edib - YENİLƏNİB

Astara. 16 fevral. REPORT.AZ/ Astara rayonunda intihar edən şəxsin adı məlum olub. 

"Report"un Cənub bürosu xəbər verir ki, rayonun Hamuşam kənd sakini, 51 yaşlı İlqar Nəhmətov yaşadığı evin həyətindəki tövlədə kəndirlə özünü asıb. Hadisədən mərhumun həyat yoldaşı xəbər tutub və polisə məlumat verib. 

İntiharın səbəbi hələlik məlum deyil. Yaxınlarının dediyinə görə, İlqar Nəhmətov normal həyat tərzi sürüb, psixoloji cəhətdən də hər hansı problemi olmayıb. Mərhumun meyiti daxili və xarici müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

Uzun illər Rusiya Federasiyasında yaşayan İ.Nəhmətov ailəli olub və 5 övladı var.

Faktla bağlı Astara Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.


*** 15:36

Astara. 16 fevral. REPORT.AZ/ Astara rayonunda orta yaşlı kişi intihar edib.

"Report"un Cənub bürosunun xəbərinə görə, hadisə rayonun ucqar dağ kəndi olan Hamuşamda baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan kənd sakini özünü yaşadığı evdən asaraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi