Astarada 38 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB

Astarada 38 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB Astara. 28 dekabr. REPORT.AZ/ Astara rayonunda baş verən bıçaqlanma hadisəsini törədən şəxs saxlanılıb.
Hadisə
28 Dekabr , 2018 12:26
Astarada 38 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB

Astara. 28 dekabr. REPORT.AZ/ Astara rayonunda baş verən bıçaqlanma hadisəsini törədən şəxs saxlanılıb. 

"Report"un Cənub bürosunun əldə etdiyi məlumata görə, P.Fəttayev 1973-cü il təvəllüdlü Niyaz Akif oğlu Əliyevin yaşadığı ünvana gələrək onun barəsində təhqiramiz ifadələr işlədib. Nəticədə N.Əliyev evdən bıçaq götürətək həyətə düşüb və P.Fəttayevi bıçaqlayıb. Yaralının qohumları onu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Mədəsi deşilən və bədənində digər kəsilmiş-deşilmiş yaralar olan P.Fəttayev əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının qohumları baş verənləri gizlətməyə çalışsalar da polis əməkdaşları hadisəni N.Əliyevin törətdiyini müəyyənləşdirərək onu istintaqa cəlb edib.

Faktla bağlı araşdırma aparılır. 


*** 10:38

Astara. 28 dekabr. REPORT.AZ/ Astara rayonunda 38 yaşlı kişi bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində, 1 saylı çoxmərtəbəli yaşayış binasının qarşısında qeydə alınıb. 

Belə ki, Astara rayonunun Ərçivan qəsəbə sakini, 1979-cu il təvəllüdlü Pərviz Məhəmməd oğlu Fəttayev bədəninin bir neçə yerindən bədən xəsarətləri alıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralı təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin hansı zəmində və kim tərəfindən törədilməsi ilə bağlı araşdırmalara balanılıb.

Son xəbərlər

Orphus sistemi