Astarada 30 yaşlı kişi bıçaqlandı

Astarada 30 yaşlı kişi bıçaqlandı Astarada bıçaqlanma hadisəsi baş verib.
Hadisə
12 Sentyabr , 2020 23:13
Astarada 30 yaşlı kişi bıçaqlandı

Astarada bıçaqlanma hadisəsi baş verib.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə Kijəbə qəsəbə ərazi inzibati dairəsinə aid olan Burzubənd kəndində qeydə alınıb.

İlkin məlumata görə, 1990-cı il təvəllüdlü Emin İlham oğlu Əliyev həmkəndlisi tərəfindən bıçaqlanıb. Astara Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya gövdənin sol nahiyəsinin kəsimiş-deşilmiş yarası, dalaq və mədənin yırtığı diaqnozu qoyulub. E.Əliyev təcili əməliyyat olunub.

Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi