Astarada 17 il axtarışda olan şəxs saxlanılıb

Astarada 17 il axtarışda olan şəxs saxlanılıb Astarada 17 il axtarışda olan şəxs saxlanılıb.
Hadisə
30 Oktyabr , 2019 16:14
Astarada 17 il axtarışda olan şəxs saxlanılıb

Astarada 17 il axtarışda olan şəxs saxlanılıb.

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"un Cənub Mərkəzinə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin və DİN-in Baş Cinayət Axtarış İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində barəsində 08.11.2002-ci il tarixində axtarış elan olunmuş Astara rayonunun Şahağacı kənd sakini Ramil Məmmədov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi