Astara sakinindən 5 kiloqramdan artıq narkotik maddə götürülüb

Astara sakinindən 5 kiloqramdan artıq narkotik maddə götürülüb Astara. 22 fevral. REPORT.AZ/ Astara rayon sakinindən 5 kiloqqram narkotik vasitə götürülüb.
Hadisə
22 Fevral , 2019 10:32
Astara sakinindən 5 kiloqramdan artıq narkotik maddə götürülüb

Astara. 22 fevral. REPORT.AZ/ Astara rayon sakinindən 5 kiloqqram narkotik vasitə götürülüb.

Bu barədə "Report"un Cənub bürosuna DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Sərək kəndi ərazisində əməliyyat keçirib. Əməliyyat tədbirləri nəticəsində həmin kəndin sakini Fərhad Əliyev 29 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə keçirilən baxış zamanı yaşayış evinin saxlanc kimi istifadə etdiyi otağından çəkisi 5 kiloqram olan qurudulmuş marixuana, həmçinin evin həyətində torpağa basıdırılmış 2 ədəd 3 litlik bankadan ümumi təmiz çəkisi 548 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi