Astara sakinindən 3 kiloqram tiryək götürülüb

Astara sakinindən 3 kiloqram tiryək götürülüb Faktla bağlı cinayət işi başlanıb
Hadisə
15 Yanvar , 2018 11:54
Astara sakinindən 3 kiloqram tiryək götürülüb
Report

Astara. 15 yanvar. REPORT.AZ/ Astara rayonunda narkotik vasitələrin satıcısı tutulub.

"Report"un Cənub bürosunun məlumatına görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb. 

Belə ki, əldə edilən əməliyyat məlumatları əsasında Astara şəhər sakini, 37 yaşlı  Ramin Kərim oğlu Quliyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindəki bağlamada 1 kiloqramdan çox narkotik vasitə olan tiryək aşkar edilib. 

Saxlanılan şəxsin qeydiyyatda olduğu, şəhərin Qum küçəsi 50 ünvanında aparılan yoxlama zamanı evin zirzəmisindən daha 2 kiloqram narkotik vasitə olan tiryək maddi sübut kimi götürülüb. İstintaqa verdiyi ifadəsində Ramin Quliyev narkotik vasitəni İran İsalm Respublikasından Əfşin adlı şəxsin qaçaqmalçılıq yolu ilə ölkəmizə keçirdiyini söyləyib. O, qabaqcadan razılaşdıqları kimi selofan torbada üç bağlama olmaqla "Sahil" bulvarı ərazisində gizlədilən narkotik vasitəni evinə gətirib. Sonra satış məqsədilə bir qismini evdən götürüb və əməliyyatçılar tərəfindən şəhər ərazisində yaxalanıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi