Astara sakini ülgüc udub

Astara sakini ülgüc udub Astara rayonunda 30 yaşlı kişi ülgüc udub
Hadisə
7 Aprel , 2021 10:40
Astara sakini ülgüc udub
0 : 00
0 : 00

Astara rayonunda 30 yaşlı kişi ülgüc udub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə ötən gecə baş verib.

Belə ki, rayonun Burzubənd kənd sakini, 1991-ci il təvəllüdlü Yasəf Cəmil oğlu Əliyev ülgüc (lezva) udaraq intihara həhd edib. Yaxınları onu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Y.Əliyev əməliyyat olunub və ülgüzc onun daxili orqanından çıxarılıb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik dəqiq olmasa da hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə versiya üzərində araşdırmalara başlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi