Astara sakini qardaşını bıçaqlayıb

Astara sakini qardaşını bıçaqlayıb Astara. 9 oktyabr. REPORT.AZ/ Astara rayon sakini qardaşını bıçaqlayıb.
Hadisə
9 Oktyabr , 2018 20:44
Astara sakini qardaşını bıçaqlayıb

Astara. 9 oktyabr. REPORT.AZ/ Astara rayon sakini qardaşını bıçaqlayıb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Səməd Vurğun küçəsi, ev 117-də yaşayan, 1962-ci il təvəllüdlü Beytulla Məni oğlu Xəlilova qardaşı Akif tərəfindən bıçaq xəsarəti yetirilib.

Yaxınlarının bildirdiyinə görə, hər iki qardaş bir həyətyanı evdə yaşayır. B.Xəlilov avtomobil təmiri ustasıdır. Qardaşı onun həyətdə avtomobilləri təmir etmək üçün istifadə etdiyi yerə odun yığıb. Bu zaman onlar arasında mübahisə yaranıb. Mübahisə zamanı Akif Beytullanı bıçaqla vurub.

Yaralı təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin sol nahiyəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi