Bakı. 19 dekabr. REPORT.AZ/ Astara rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.
“Report” xəbər verir ki, rayonun Təzəkənd kəndində Kijəbə qəsəbə sakini Nizami Ağayev artezian quyusu qazarkən paltarı “KamAZ” markalı avtomobilin qazma qurğusuna ilişdiyindən xəsarət alıb. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar aparılır.