Astara sakini dostunu bıçaqlayıb

Astara sakini dostunu bıçaqlayıb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
16 Mart , 2017 16:25
Astara sakini dostunu bıçaqlayıb

Astara. 16 mart. REPORT.AZ/ Astara rayon sakini dostu tərəfindən bıçaqlanıb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Şahağacı kəndində baş verib.

Belə ki, həmin kəndin sakini 27 yaşlı Manafov Güləli Yusif oğlu həmkəndlisi Quliyev Şahmehdi Şöhrəddin oğlu tərəfindən bıçaqlanıb.

Yaralı qohumları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Xəstəxanadan bildirilib ki, yaralı çoxlu qan itirdiyindən dərhal əməliyyata götürülüb: "Bıçaqlanma nəticəsində xəsarət alan Güləli Quliyev döş qəfəsinin sağ nahiyəsindən vurulub. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra dərhal əməliyyat edilib".

Qohumları Şah ləqəbi ilə tanınan Şahmehdinin bir ay əvvəl cəzacəkmə müəssisəsindən azadlığa buraxıldığını bildirirlər. O, hadisə yerindən qaçıb.

Cinayəti törətməkdə təqsirli bilinən şəxsin axtarışları istiqamətində əməliyyat-axtarış tədbirləri görülür. Hadisənin hansı səbəbdən baş verməsi Astara Rayon Polis Şöbəsində araşdırılır.

Son xəbərlər

Orphus sistemi