Yuxarı

Astara sakini 1 kq-dan çox narkotik vasitəni satarkən tutulub

Astara sakini 1 kq-dan çox narkotik vasitəni satarkən tutulub

2028

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir

Astara. 22 fevral. REPORT.AZ/ Astara rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirmək istəyən şəxs saxlanılıb. Rayonun Ərçivan qəsəbə sakini 26 yaşlı Mirzəyev Qismət Babulla oğlu Şiyəkəran kəndi ərazisində həyata keçirilən əməliyyat zamanı şərti alıcı qismində olan şəxsə 500 qram tiryəki və 505 qram həşiş qətranını 2000 manata satarkən tutulub.

İstintaq tədbirləri zamanı saxlanılan şəxsin ifadəsinə əsasən o, narkotik vasitələri istintaqa məlum olmayan Əfşin adlı İran İslam Respublikası vətəndaşından alaraq gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirdiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi