Astarada ağır yol qəzası baş verib, ölən və yaralanan var

Astarada ağır yol qəzası baş verib, ölən və yaralanan var "Shacman" markalı yük maşını "Mercedes"lə toqquşub
Hadisə
13 İyul , 2017 14:50
Astarada ağır yol qəzası baş verib, ölən və yaralanan var

Bakı. 13 iyul. REPORT.AZ/ Astara rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un cənub bürosunun məlumatına görə, hadisə Astara şəhəri ərazisində baş verib.

Belə ki, "Shacman" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə "Mercedes"də olan sərnişin Şahbacı Rəhimova hadisə yerində ölüb. Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şəhər şöbəsinə yerləşdirilib. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi