​Astanada iki azərbaycanlı öz həmyerlisinə qarşı sui-qəsd etdiyinə görə saxlanılıb

​Astanada iki azərbaycanlı öz həmyerlisinə qarşı sui-qəsd etdiyinə görə saxlanılıb Polisdən bildirilir ki, həbs olunanlar cinayət törətdiklərini etiraf ediblər
Hadisə
26 İyun , 2015 11:22
​Astanada iki azərbaycanlı öz həmyerlisinə qarşı sui-qəsd etdiyinə görə saxlanılıb

Bakı. 26 iyun. REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astanada ağır cinayət törətməkdə şübhəli bilinən26 və 28 yaşlı iki Azərbaycan vətəndaşı olan qardaşlar həbs olunub. Bu barədə "Report" "NewTimes.kz"-ya istinadən məlumat verir.

İyunun 24-də Astana Daxili İşlər İdarəsi tərəfindən Kostanay vilayəti hüquq mühafizə orqanları əməkdaşlarının köməyi ilə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ağır cinayət törətməkdə şübhəli bilinən şəxslər həbs olunub. Şəhər polisinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 21-də gecə saatlarında "Almatı" rayonu polis idarəsinin növbətçi hissəsinə xəstəxanadan məlumat daxil olub və xəstəxanaya güllə yarası ilə 40 yaşında Azərbaycan əsilli şəxsin daxil olduğu bildirilib.

"İstintaqla müəyyən edilmişdir ki, iyunun 18-də zərərçəkmiş və həbs olunan şəxslər arasında mübahisə baş verib. İyunun 21-də saat 22.00 radələrində, şübhəli şəxs qismində saxlanılanlardan biri zərərçəkmişi izləyib və ona odlu silahdan iki dəfə atəş açaraq, hadisə yerindən uzaqlaşıb",- məlumatda deyilir.

Artıq cinayət məcəlləsinin iki maddəsi - "Xuliqanlıq" və "Ölümə cəhd" maddələri üzrə cinayət işi başlanıb, araşdırmalar aparılır.

Polisdən bildirilir ki, həbs olunanlar cinayət törətdiklərini etiraf ediblər 

Son xəbərlər

Orphus sistemi