Aşıq Əlinin qohumunu toyda öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Aşıq Əlinin qohumunu toyda öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası iyulun 7-nə təyin edilib
Hadisə
30 İyun , 2017 11:03
Aşıq Əlinin qohumunu toyda öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 30 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüsal Nemətovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 7-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il Qobustan rayonunun Divanlı qəsəbəsində baş verib. Həmin qəsəbədə keçirilən toy zamanı 1979-cu il təvəllüdlü Kərimov Fəxri Kamal oğlu mərasimə dəvət olunan Nemətov Vüsal Ağa oğlu tərəfindən bıçaqlanıb. Ağır yaralanan F.Kərimov Mərkəzi Klinikaya yerləşdirilib və orada dünyasını dəyişib.

Araşdırma zamanı məlum olub ki, V.Nemətovla F.Kərimov arsında 2013-cü ildən ədavət olub. Belə ki, idmançı olmuş F.Kərimov V.Nemətovu döyüb. 2016-cı ildə toy mərasimində isə V.Nemətov spirtli içki qəbul edərək, bıçağı ilə F.Kərimova vurub.

Xatırladaq ki, qətlə yetirilmiş F.Kərimov Aşıq Əlinin (Tapdıqoğlu) yaxın qohumudur.

Son xəbərlər

Orphus sistemi