“ASAN Xidmət”in qadın əməkdaşının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb

“ASAN Xidmət”in qadın əməkdaşının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ramal Məmmədovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Hadisə
16 Dekabr , 2019 11:26
“ASAN Xidmət”in qadın əməkdaşının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ramal Məmmədovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib. Baxış iclası dekabrın 18-ə təyin edilib.

Qeyd edək ki, hadisə bu il sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində baş verib.

Ramal Məmmədovun idarə etdiyi “Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən -1994-cü il təvəllüdlü Gülgün Əmiraslanlını vurub.

G.Əmiraslanlı aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı məlumata görə, fakta görə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. İstintaqla hadisənin R.Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq idarə etdiyi avtomobillə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, istintaqa cəlb edilib.

Xatırladaq ki, Gülgün Əmiraslanlı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı olub.

O, Dövlət Agentliyinin “ASAN Viza” sistemində çalışıb.

Son xəbərlər

Orphus sistemi