Rusiyada arvadını yandıraraq öldürən azərbaycanlının məhkəməsi olub

Rusiyada arvadını yandıraraq öldürən azərbaycanlının məhkəməsi olub Müttəhimi ömürlük həbs cəzası gözləyir
Hadisə
7 Fevral , 2017 00:41
Rusiyada arvadını yandıraraq öldürən azərbaycanlının məhkəməsi olub

Bakı. 7 fevral. REPORT.AZ/ Fevralın 6-da Rusiyanın Ryazan vilayət məhkəməsində həyat yoldaşını amansızcasına qətlə yetirən Azərbaycan əsilli şəxsin işi üzrə ilk dinləmələr baş tutub.

"Report" xəbər verir ki, insident ötən ilin 25 aprel tarixində, Ryazanın Şatski rayonunda baş verib.

Məlumdur ki, 37 yaşlı kişi həyat yoldaşının işlədiyi kafeyə gəlib və qısqanclıq zəminində onunla mübahisə edərək gedib. Bir müddətdən sonra benzin kanistri ilə kafeyə qayıdan kişi onu həyat yoldaşının üzərinə tökərək qadını yandırıb.

Nəticədə qadının bədəninin 90 faizi yanıb. Bir neçə gün sonra o, tibb müəssisəsində dünyasını dəyişib.

Məhkəmə iclasında müttəhimə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin "d" bəndi üzrə ("Xüsusi amansızlıqla qətl") ittiham irəli sürülüb.

Müqəssir öz günahını etiraf etməyib. Buna görə onu ömürlük həbs cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi