Arvadını xəstəxanada qətlə yetirən şəxsə hökm oxunub

Arvadını xəstəxanada qətlə yetirən şəxsə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham edilən Faiq İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
20 Dekabr , 2019 17:35
Arvadını xəstəxanada qətlə yetirən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham edilən Faiq İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, F.İbrahimov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə iyun ayında Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində baş verib. Abşeron rayon sakini, 38 yaşlı İbrahimov Faiq Əliqulu oğlu dini nikah bağladığı həyat yoldaşı, 41 yaşlı İbrahimova Xavər Arif qızının iş yerində sinə və boğaz nahiyəsinə iki bıçaq xəsarəti yetirib. Qadın aldığı xəsarətlərdən keçinib.

F.İbrahimov arvadını xəyanət üstündə öldürdüyünü bildirib.

Son xəbərlər

Orphus sistemi