Sumqayıtda arvadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Sumqayıtda arvadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Yaqub Ağayevin işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Hadisə
5 Aprel , 2019 14:23
Sumqayıtda arvadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Yaqub Ağayevin işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il dekabrın 12-də Sumqayıt şəhəri on birinci mikrorayonunun ərazisində baş verib. Şəhər sakini, 1992-ci il təvəllüdlü Ağayeva Aynurə Ramiz qızı ona vurulan çoxsaylı bıçaq zərbələri nəticəsində dünyasını dəyişib.

Cinayətin törədilməsində şübhəli qismində mərhumun həyat yoldaşı Ağayev Yaqub Şirin oğlu saxlanılıb.

Məlumata görə, Y.Ağayev həyat yoldaşını qısqanclıq zəminində törədib. O, gənc qadının bədəninə 40-a yaxın bıçaq zərbəsi endirib. Onların əksəriyyəti qadının boyun və baş nahiyəsində aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi