Arvadını öldürdükdən sonra intihara cəhd edən Gəncə sakininin məhkəməsi başlayır

Arvadını öldürdükdən sonra intihara cəhd edən Gəncə sakininin məhkəməsi başlayır Gəncədə arvadını öldürməkdə təqsirləndirilən Eldar Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
24 İyul , 2019 17:52
Arvadını öldürdükdən sonra intihara cəhd edən Gəncə sakininin məhkəməsi başlayır

Gəncədə arvadını öldürməkdə təqsirləndirilən Eldar Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Faiq Mahmudovun icratına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçirləcək.

Qeyd edək ki, hadisə bu ilin aprel ayının 3-də baş verib. Gəncə şəhəri, Məhsəti qəsəbəsində 1961-ci il təvəllüdlü Eldar İsmayıl oğlu Abbasov idarə etdiyi VAZ markalı avtomobilli həyat yoldaşı, 1968-ci il təvəllüdlü Sevinc Əmir qızı Abbasovanın üzərinə sürərək onu bir neçə dəfə divara çırpıb. Ağır bədən xəsarəti alan qadın xəstəxanaya yerləşdirilsə də, 19 gün sonra dünyasını dəyişib.

Hadisəni törədən E.Abbasov isə sirkə turşusu içərək intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib və sağaldıqdan sonra məsuliyyətə cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi