Arvadını bıçaqladı, özü intihar etmək istədi - MƏHKƏMƏ HÖKMÜ

Arvadını bıçaqladı, özü intihar etmək istədi - MƏHKƏMƏ HÖKMÜ Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhddə təqsirləndirilən Natiq Dədəcanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
20 Fevral , 2020 11:12
Arvadını bıçaqladı, özü intihar etmək istədi - MƏHKƏMƏ HÖKMÜ
pexels.com

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhddə təqsirləndirilən Natiq Dədəcanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report” xəbər verir ki, hakim Samir Əliyevin sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, N.Dədəcanov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd dək ki, hadisə ötən ilin aprel ayında Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib. N.Dədəcanov bir müddətdir ayrı yaşadığı həyat yoldaşı Vüsalə Dədəcanovanı Mərdəkan qəsəbəsindəki poçtun qarşısında öldürmək istəyib.

Səbəb isə Natiqin həyat yoldaşı tərəfindən evdən qovulması olub. Bir müddət Bakıda parklarda yatan Natiq evə qayıtmaq istəsə də, arvadı onun ailəsinə qarşı laqeyd olmasını, işləməməsini səbəb göstərərək buna icazə verməyib.

Hadisə baş verən gün Vüsalə Binədəki evindən çıxıb, Mərdəkana gedərkən Natiq poçtun qarşısında arxadan ona yaxınlaşıb. Azyaşlı uşaqlarının gözü qarşısında onun boynundan tutaraq bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirib. Vüsalə vaxtında müqavimət göstərib, bıçaq zərbələrinin bir neçəsindən yayınıb. Sonuncu zərbə Vüsalənin çiyin nahiyəsindən dəyərkən bıçağın tiyəsi qırılıb.

Natiqə adam öldürməyə cəhd ittihamı verilsə də, o bildirib ki, Vüsaləni öldürmək niyyəti olmayıb. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib. Hadisədən sonra N.Dədəcanov Bulvara gedərək intihara cəhd edib. Polis əməkdaşları onu saxlayaraq polis bölməsinə gətiriblər.

N.Dədəcanov Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib. 

Son xəbərlər

Orphus sistemi