Yuxarı

Arvadını 18 bıçaq zərbəsi ilə öldürən şəxsə hökm oxunub

Arvadını 18 bıçaq zərbəsi ilə öldürən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tufan Qurbanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində prokuror çıxış edərək təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmünə əsasən, T.Qurbanov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2019-cu il fevralın 11-də baş verib. Bakının Binəqədi rayonu, İsfahanlı küçəsindəki şəxsi mənzillərdən birində 40 yaşlı Qurbanova Lalə Həsən qızı xüsusi amansızlıqla qətlə yetirilib.

Araşdırma zamanı məlum olub ki, onu əri Tufan Qurbanov mətbəx bıçağı ilə 18 zərbə vuraraq qətlə yetirib. Daha sonra isə boğazını kəsib.

Cinayəti törətdikdən sonra polis bölməsinə təslim olan 49 yaşlı Tufan qətli namus üstündə törətdiyini deyib. O, xanımının başqa şəxslə əlaqəsinin olduğunu düşünüb.

T.Qurbanova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi