Vaxtı ötmüş məhsulların satılmasına görə "Araz supermarket"ə cərimə yazılıb - YENİLƏNİB

Vaxtı ötmüş məhsulların satılmasına görə "Araz supermarket"ə cərimə yazılıb - YENİLƏNİB MMC-yə prokotol İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci (saxlama müddəti ötmüş məhsulların satılmasına görə) maddəsi ilə tərtib olunub
Hadisə
19 May , 2021 17:37
Vaxtı ötmüş məhsulların satılmasına görə Araz supermarketə cərimə yazılıb - YENİLƏNİB
0 : 00
0 : 00

"Araz supermarket" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnməsi xəbərinə münasibət bildirib.

MMC-dən “Report”a bildirilib ki, Binəqədi Rayon Prokurorluğu tərəfindən müştəri müraciəti əsasında "Araz Supermarket" MMC-yə məxsus mağazadan alınması iddia olunan şokolad məhsulunun istehlak müddətinin bitməsi ilə bağlı araşdırılma aparılıb:

“Lakin sözügedən məhsulun həqiqətən “Araz Supermarket”dən alınması faktı öz təsdiqini tapmayıb. İş üzrə toplanmış materiallar baxılması və məsələyə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq Binəqədi Rayon Məhkəməsinə göndərilib. İş hazırda məhkəmənin icraatındadır və “Araz Supermarket” MMC barəsində cərimə təyin edilməsi barədə məhkəmə qərarı qəbul edilməyib”.

15:51

"Araz supermarket" Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnib.

“Report”un məlumatına görə, protokol Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün göndərilib.

İş hakim Vüqar Məmmədovun icraatındadır.

MMC-yə protokol İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci (saxlama müddəti ötmüş məhsulların satılmasına görə) maddəsi ilə tərtib olunub.

Son xəbərlər

Orphus sistemi