"Araz” marketdə iş yoldaşını öldürən satıcının məhkəməsi başlayıb

"Araz” marketdə iş yoldaşını öldürən satıcının məhkəməsi başlayıb Bakı. 8 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində payaxtda qətl törətməkdə təqsirləndirilən Surxay Əliyevin cinayət işi üzrə məhkəmə başlayıb.
Hadisə
8 Yanvar , 2019 11:44
Araz” marketdə iş yoldaşını öldürən satıcının məhkəməsi başlayıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində payaxtda qətl törətməkdə təqsirləndirilən Surxay Əliyevin cinayət işi üzrə məhkəmə başlayıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 15-nə təyin edilib.

Qeyd edək ki, ötən il iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən "Araz" Supermarketlər Şəbəkəsinin əməkdaşları Vüqar Hüseynzadə və Kənan Səlimov bıçaqlanıb. Nəticədə çoxsaylı xəsarət alan V.Hüseynzadə hadisə yerində ölüb, K.Səlimov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əliyev Bakıxanov qəsəbəsinin ərazisində saxlanılıb.

Son xəbərlər

Orphus sistemi