Araz çayında batan 20 yaşlı gəncin meyiti tapılaraq sudan çıxarılıb - YENİLƏNİB

Araz çayında batan 20 yaşlı gəncin meyiti tapılaraq sudan çıxarılıb - YENİLƏNİB Hadisə Saatlı rayonu ərazisində baş verib
Hadisə
8 İyul , 2017 20:30
Araz çayında batan 20 yaşlı gəncin meyiti tapılaraq sudan çıxarılıb - YENİLƏNİB
Report

Saatlı. 8 iyul. REPORT.AZ/ Araz çayının Saatlı rayonunun Nərimankənd kəndi ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.

"Report"un Aran bürosunun məlumatına görə, bu, 1997-ci il təvəllüdlü, Allahyarov Gülmusa Şahin oğludur.

Onun cəsədi xilasedicilər tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


***18:20

Saatlı. 8 iyul. REPORT.AZ/ Araz çayının Saatlı rayonu, Nərimankənd kəndindən keçən hissəsində 1 nəfər batıb.

"Report" Aran bürosu xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və batan şəxsin axtarışına başlanılıb. 

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi