Araz çayında batan İmişli sakininin meyiti tapılıb - YENİLƏNİB

Araz çayında batan İmişli sakininin meyiti tapılıb - YENİLƏNİB Eldəniz Məmmədovun cəsədi adiyyəti üzrə təhvil verilib
Hadisə
31 May , 2015 12:49
Araz çayında batan İmişli sakininin meyiti tapılıb - YENİLƏNİB

Bakı. 31 may. REPORT.AZ/ Araz çayının, İmişli rayonu Xubyarlı kəndi ərazisindən keçən hissəsində batmış 1987-ci il təvəllüdlü Məmmədov Eldəniz Teymur oğlunun axtarışları başa çatıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, E.Məmmədovun cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, 30 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 11:03-də başa çatıb.

İlk xəbər 30.05.2015-ci il tarixində, saat 22:20-də dərc olunub

Araz çayının İmişli rayonu Xubyarlı kəndi ərazisindən keçən hissəsində bir nəfərin batdığı ehtimal olunur.

“Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, FHN-in dalğıc-xilasediciləri tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb.

Son xəbərlər

Orphus sistemi