Araşdırma: Avropada müsəlmanların sayı yaxın 30 il ərzində artacaq

Araşdırma: Avropada müsəlmanların sayı yaxın 30 il ərzində artacaq Bakı. 30 noyabr. REPORT.AZ/ Yaxın 30 il ərzində Avropada müsəlmanların sayı artacaq.
Hadisə
30 Noyabr , 2017 15:58
Araşdırma: Avropada müsəlmanların sayı yaxın 30 il ərzində artacaq
Pinterest

Bakı. 30 noyabr. REPORT.AZ/ Yaxın 30 il ərzində Avropada müsəlmanların sayı artacaq.

"Report" "DeutscheWelle"yə istinadən xəbər verir ki, ABŞ-ın "Pew Research Centers" sosioloji mərkəzinin araşdırmaları bunu göstərir.

Amerikalı sosioloqlar bir neçə ssenari təklif edirlər.

Birinci variantda Avropaya miqrasiyanın tamamilə dayandığı dövrdə vəziyyət nəzərdən keçirilir və söhbət yalnız təbii artımdan gedir. O zaman müsəlman ailələrində yüksək doğum nisbəti səbəbi ilə Avropanın ümumi əhalisində İslam dininə sitayiş edənlərin payı indiki 4,9%-dən 7,4%-ə qədər artacaq.

Digər variant yalnız Avropa ölkələrinə adi, işçi miqrasiyaları nəzərdə tutur. O zaman 2050-ci ildə Avropada müsəlman əhalinin payı 11,2% olacaq.

İslam ölkələrindən olan qaçqınların Avropaya axını 2014-2016-cı illərdəki səviyyədə olan tempi qorunarsa, 32 il sonra Avropada yaşayan müsəlman əhalinin payı 14 faiz olacaq.

Qeyd edək ki, "Pew Research Centers"in araşdırması Avropa İttifaqının 28 ölkəsini, eləcə də Norveç və İsveçrəni əhatə edir. 

Son xəbərlər

Orphus sistemi