Yuxarı

Aqşin Yenisey xəstəxanadan evə buraxılıb - YENİLƏNİB

Aqşin Yenisey xəstəxanadan evə buraxılıb

Tanınmış şair, yazıçı Aqşin Yenisey xəstəxanadan evə buraxılıb.

Bu barədə "Report"a A.Yenisey özü məlumat verib.

O bildirib ki, Bakı şəhərində yerləşən xəstəxanalardan birində müayinələrdən keçib: 

"Mən əvvəlcə mədəmdə qanaxma olduğundan şübhələnirdim. Amma həkim müayinələrindən sonra mədəmdə qanaxma baş vermədiyi məlum oldu. Ola bilsin ki, bağırsaqlarımda problemlər yaranıb. Həftənin birinci günü təkrar yoxlanışa gedəcəm. Əsas odur ki, qorxulu bir şey yoxdur. Hər şey qaydasındadır. Artıq evdəyəm", deyə A.Yenisey bildirib.



22:30***

Tanınmış şair, yazıçı Aqşin Yenisey xəstəxanaya yerləşdirilib.

Bu barədə "Report"a onun yaxınları məlumat verib.

Bildirilib ki, A.Yenisey bu gün mədə qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi