“Aqro Teknoser” şirkəti 25 min dollar cərimələnib

“Aqro Teknoser” şirkəti 25 min dollar cərimələnib Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Aqro Teknoser” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.
Hadisə
119
7 Oktyabr , 2019 16:17
“Aqro Teknoser” şirkəti 25 min dollar cərimələnib

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Aqro Teknoser” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

“Report” xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi Palatanın protokoluna əsasən, şirkətin 24880 ABŞ dolları məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.

Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Aqro Teknoser” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonunda, istixana müəssisəsi isə Kürdəmir rayonu, Sor-sor kəndində yerləşir.

Son xəbərlər

Orphus sistemi