Anar Bağırov: "Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur"

Anar Bağırov: "Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur" Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün istənilən ölkədə olduğu kimi, Azərbaycanda da vəkilliyin müstəqilliyinin təşəkkül tapması yalnız Vəkillər Kollegiyasının əlində olan məsələ deyil.
Hadisə
15 Noyabr , 2018 10:16
Anar Bağırov:  Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 15 noyabr. REPORT.AZ/ "Bu gün istənilən ölkədə olduğu kimi, Azərbaycanda da vəkilliyin müstəqilliyinin təşəkkül tapması yalnız Vəkillər Kollegiyasının əlində olan məsələ deyil".

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, vəkilliyin müstəqilliyi məsələsinə kompleks yanaşılmalı və bu müstəqillikdə dövlətin özü bilavasitə maraqlı olmalıdır: "Əslində normal, demokratik və tarazlı dövlət idarəçiliyi, habelə cəmiyyətdə sivil hüquqi münasibətlərin bərqərar olmasında vəkil peşəsinin rolu əvəzsizdir. Bu mənada vəkillik, ictimai münasibətlərin daha təmkil fazaya keçidində və onun təkamülündə faydalı institutdur, hətta antibiotikdir desəm, yanılmaram. Mənə görə vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur. Bu mənada, praqmatik idarəçiliyi olan ölkələrdə dövlət vəkilliyin inkişafında, şübhəsiz ki, maraqlı olacaqdır. Və bizim ölkəyə gəldikdə isə bu gün biz nəyin şahidi oluruq?! Əslində, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli sərəncamı bizim institutun inkişafında dövlətin nə dərəcədə maraqlı olduğunu sübut edir və həm vəkilliyin, həm də insanlar üçün keyfiyyətli hüquqi yardımın əlçatan olması baxımıdan bu sənəd əvəzsizdir. Dövlət özü vətəndaşının hüquqlarının keyfiyyətli müdafiəsində maraqlı olmalıdır. Bu, onun ən azından konstitusion vəzifəsidir".

A.Bağırovun sözlərinə görə, bu gün Azərbaycan vəkilliyinin güclənməsi ilə həm əhali keyfiyyətli hüquqi yardımda çatımlılıq baxımından, həm dövlət öz konstitusion agendasının realizasiyası baxımından, həm də korporasiya olaraq VK vəkil peşəsinin güclənməsindən öz qazancını əldə edir: "Bu gün Vəkillər Kollegiyası əlindən gələni edir ki, həm vəkillərin öz aralarında, həm vəkillərlə Vəkillər Kollegiyası arasında, həm də vəkillərlə üçüncü tərəflər arasında yaranan münasibətlər daha peşəkar və korporativləşmiş olsun. Unutmayaq ki, bu gün vəkillər məhkəmə hakimiyyətinin özünü idarə edilməsi işində - Məhkəmə Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin işində iştirak edir".

Son xəbərlər

Orphus sistemi