Anar Bağırov: “Vəkillər Kollegiyasına yeni ofis binası veriləcək”

Anar Bağırov: “Vəkillər Kollegiyasına yeni ofis binası veriləcək” Onun sözlərinə görə, indiyədək təklif olunan yerlər obyektiv səbəblərdən Rəyasət Heyətini əsasən qane etməyib
Hadisə
386
8 Fevral , 2021 16:54
Anar Bağırov: “Vəkillər Kollegiyasına yeni ofis binası veriləcək”
Anar Bağırov

“Vəkillər Kollegiyasının Rəyasət Heyəti üçün Bakı şəhərində binanın ayrılması məqsədilə aidiyyəti dövlət qurumlarına son 3 il ərzində çox sayda müraciətlər göndərilib, danışıqlar aparılıb”.

“Report” xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

Onun sözlərinə görə, indiyədək təklif olunan yerlər obyektiv səbəblərdən Rəyasət Heyətini əsasən qane etməyib: “Hazırda Nazirlər Kabineti tərəfindən bu problemin tezliklə həlli üçün zəruri tədbirlər görülür. İnanıram ki, tez zamanda Vəkillər Kollegiyası Bakı şəhərində normal fəaliyyəti üçün bütün vəkillərin evi sayılacaq müasir tələblərə cavab verən mərkəzi ofis binası ilə təmin olunacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2018-ci ilin fevralın 22-də “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncamda Nazirlər Kabinetinə iki ay müddətində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Kollegiyanın digər strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onun Bakı şəhərində müvafiq bina ilə təmin olunması üçün tədbirlər görülməsi tapşırılıb.

Son xəbərlər

Orphus sistemi