Anar Bağırov Adil İsmayılovdan yazdı

Anar Bağırov Adil İsmayılovdan yazdı "Adil İsmayılov qəlbimizdə təcrübəli, savadlı, prinsipial, müdrik bir həmkar kimi həmişə yaşayacaq".
Hadisə
1210
3 Dekabr , 2020 11:31
Anar Bağırov Adil İsmayılovdan yazdı
Anar Bağırov

"Adil İsmayılov qəlbimizdə təcrübəli, savadlı, prinsipial, müdrik bir həmkar kimi həmişə yaşayacaq".

"Report"un xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov özünün feysbuk səhifəsində yazıb.

O bildirib ki, son dəfə, təxminən, 20 gün əvvəl Adil müəllimlə telefonla danışıb:

"Özüm zəng vurdum, çoxdandır ondan xəbər yox idi, nə isə narahatçılıq hiss etdim. Mənə hər şeyin qaydasında olduğunu, narahatçılıq üçün heç bir əsasın olmadığını bildirdi. Mən isə o zaman heç vaxt təsəvvür edə bilməzdim ki, bu bizim son danışığımızdır. Adil müəllim 28 ildən çox vəkil kimi fəaliyyət göstərirdi. Ölkənin ən tanınan və nüfuzlu vəkillərindən idi. Vəkilliyin nüfuzunun artırılmasında xidmətləri danılmazdır. Son 3 ildə Vəkillər Kollegiyası tərəfindən 2 dəfə təltif olunmuşdu. Hər dəfə təltifi təqdim edəndə deyirdi ki, mənim heç vaxt təltifim olmayıb və buna lüzum görmürəm. Hər dəfə izah edirdim ki, Adil müəllim, bu sizin zəhmətinizə, xidmətlərinizə peşə birliyiniz tərəfindən gec də olsa verilən qiymətdir, bunu çoxdan öz fədakar əməyinizlə qazanmısınız. Allah sizə rəhmət eləsin, əziz Adil müəllim, məkanınız cənnət olsun, Allah bütün vəkillərimizə və yaxınlarınıza səbir versin!"

Son xəbərlər

Orphus sistemi