Azərbaycanda ananın meyiti su quyusunda, körpəninki evdə tapıldı - FOTO - VİDEO - YENİLƏNİB

Azərbaycanda ananın meyiti su quyusunda, körpəninki evdə tapıldı - FOTO - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
13379
22 Fevral , 2020 14:41
Azərbaycanda ananın meyiti su quyusunda, körpəninki evdə tapıldı - FOTO - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 13:31

Kürdəmir rayonunda 1977-ci il təvəllüdlü Leyla Cavanşir qızı Qəmbərova və onun yaşyarımlıq övladı Hilal Orxan oğlu Qəmbərov səhər saatlarında ölü tapılıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, körpənin meyiti Şüşün kəndində evdə, ananın nəşi isə həyətdəki su quyusunda aşkarlanıb. 

Kürdəmir Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Meyitlər müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi