ANAMA Xızıda 168 ədəd partlamamış hərbi sursat aşkar edib

ANAMA Xızıda 168 ədəd partlamamış hərbi sursat aşkar edib Nəticə etibarilə 82.09 ha ərazi yoxlanılıb
Hadisə
13 Noyabr , 2017 01:18
ANAMA Xızıda 168 ədəd partlamamış hərbi sursat aşkar edib

Bakı. 13 noyabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edib.

ANAMA-dan “Report”a verilən məlumata görə, noyabrın 12-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 168 ədəd partlamamış hərbi sursat (PHS), 263 ədəd partlamış-yanmış mərmi qalıqları və 367 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 820 900 kv.m (82.09 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 67 gün ərzində 15 min 109 ədəd partlamamış hərbi sursat (PHS), 7 min 483 ədəd partlamış-yanmış sursat qalıqları və 65 011 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 64 563 485 kv.m (6 456 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi