ANAMA vətəndaşlara çağırış edib

ANAMA vətəndaşlara çağırış edib "İşğaldan azad olunan ərazilərimizdə minatəmizləmə əməliyyatı intensiv şəkildə davam etdirilir. Daha çox piyada və tank əleyhinə olan minalar aşkarlanır".
Hadisə
25 Noyabr , 2021 13:26
ANAMA vətəndaşlara çağırış edib

"İşğaldan azad olunan ərazilərimizdə minatəmizləmə əməliyyatı intensiv şəkildə davam etdirilir. Daha çox piyada və tank əleyhinə olan minalar aşkarlanır".

Bunu "Report"un Ağdama ezam olunan müxbirinə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 2 saylı təmizləmə qrupunun əməliyyat meneceri Ehtiram Cəfərov bildirib.

Onun sözlərinə görə, qurumun əməkdaşları ən müasir avadanlıqlarla təchiz olub və bu sahədə müvafiq kurslarda iştirak edərək akreditasiyadan keçiblər.

Agentlik nümayəndəsi işğaldan azad olunan ərazilərə qanunsuz yolla keçən vətəndaşlara da çağırış edib: "Quruculuq işlərində iştirak edən şəxsləri, ərazilərdə ehtiyatlı olmağa, müəyyən olunan, təmizlənmiş yollardan istifa etməyə çağırırıq. Təbii ki, qeyri-qanuni yollarla da ərazilərə keçən və keçmək istəyərkən saxlanılan vətəndaşlarımız da az deyil. Bir daha xahiş edirik ki, bu cür səfərlərdən çəkinsinlər, qanunsuz yollarla ərazilərə keçməsinlər. Mina və partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar gördükdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat versinlər. Partlayıcı qurğuların qurbanına çevrilməmək üçün qoyulan qaydalara həssas yanaşmalıyıq".

Qeyd edək ki, bu gün FHN və ANAMA-nın təşkilatçılığı ilə Ağdama mediatur təşkil olunub. Amma hava yağışlı olduğu üçün beynəlxalq minatəmizləmə standartları və təhlükəsizlik nəzərə alınaraq, ərazidə icra edilən humanitar minatəmizləmə əməliyyatlarının gedişatı dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi