ANAMA son 25 gündə 1 303 PHS, 10 PMN və 6 ədəd tank əleyhinə mina zərərsizləşdirib

ANAMA son 25 gündə 1 303 PHS, 10 PMN və 6 ədəd tank əleyhinə mina zərərsizləşdirib Bu gün 21 220 kv. m ərazi təmizlənib
Hadisə
2 May , 2016 19:37
ANAMA son 25 gündə 1 303 PHS, 10 PMN və 6 ədəd tank əleyhinə mina zərərsizləşdirib

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Füzuli, Ağcabədi və Ucar rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat təqdim edib.

"Report"un xəbərinə görə, bu barədə ANAMA-nın mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, mayın 2-də Agentlik tərəfindən 9 ev, 6 əkin sahəsi və 1 kənd qəbirstanlığı də daxil olmaqla, 16 partlayış yeri yoxlanılıb, 1 ədəd 125 mm-lik partlamamış tank mərmisi, 3 ədəd F1 əl qumbarası, 3 ədəd UZRQM zapalı və 1 ədəd 30 mm-lik işıqlandırıcı fişəng aşkar edilərək götürülüb, 21 220 kv. m ərazi təmizlənib.

Tərtər rayonu

Qarağacı kəndi – 1 ev və həyətyanı sahə və 1 kənd qəbirstanlığında 2 partlayış yerinə baxış keçirilib, 11 100 kv. m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.

Hacıqərvənd kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, 3 000 kv. m ərazi təmizlənmış və partlamamış hərbi sursat aşkar edilməyib.

Azadqaraqoyunlu kəndi - 2 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 5 partlayış yerinə baxış keçirilib, 990 kv. m ərazi təmizlənib.

Cəmi: 5 ev və həyətyanı sahə, 1 kənd qəbirstanlığının həyətinə, 3 əkin sahəsinə baxış keçirilib. Nəticədə 9 partlayış yeri aşkar edilib, 15 090 kv. m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.

Füzuli rayonu

Alıxanlı kəndi - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 1 ədəd 125 mm-lik partlamamış tank mərmisi aşkar edilərək götürülüb. Nəticə etibarilə 430 kv. m. ərazi yoxlanılıb.

Cəmi: 3 əkin sahəsində 3 partlayış yeri, 430 kv. m ərazi yoxlanılıb və 1 ədəd partlamamış hərbi sursat aşkar edilərək götürülüb.

Ağcabədi rayonu

Qaraxanlı kəndi - 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 5 700 kv. m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.

Cəmi: 3 ev və həyətyanı sahə, 4 partlayış yeri aşkar edilib, 5 700 kv. m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.

Ucar rayonu

Ucar rayonu, Oğuz küçəsi 79 ünvanında1 ev və həyətyanı sahəyə baxış keçirilib, 3 ədəd F1 əl qumbarası, 3 ədəd UZRQM zapalı və 1 ədəd 30 mm-lik işıqlandırıcı fişəng aşkar edilərək götürülüb (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı). 

Ümumilikdə Agentlik tərəfindən 7 aprel - 2 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad və Ucar rayonlarında 400 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbirstanlığı, 2 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib və 1 303 ədəd partlamamış hərbi sursat, 10 ədəd piyada əleyhinə mina (PMN) və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Son xəbərlər

Orphus sistemi