ANAMA-nın yaranmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib

ANAMA-nın yaranmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib Bakı. 18 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaranmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib.
Hadisə
18 İyul , 2018 20:46
ANAMA-nın yaranmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib

Bakı. 18 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaranmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə ANAMA-nın rəhbərliyi, Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, daxili işlər nazirinin müavini Oruc Zalov, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən ANAMA-nın direktoru Qəzənfər Əhmədov 20 il ərzində görülən işlər barədə məlumat verib. O qeyd edib ki, hazırda ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə malikdir.

O, göstərilən diqqət və qayğıya görə, Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Sonra çıxış edən Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin təbrikini çatdırıb.

Prezidentin köməkçisi qeyd edib ki, Agentlik fəaliyyətə başladığı dövrdə digər qurumlarla təcrübə mübadiləsi aparıb. O, ANAMA-nın 20 illik fəaliyyətini müsbət qiymətləndirib.

Tədbir çıxışlarla davam edib.

Sonda ANAMA-nın 20 illik fəaliyyətinə həsr edilən video-çarx nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi